Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan “Xalq Sığorta” şirkəti 2024-cü ilin yanvar-iyun ayları üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ilin yanvar-iyun ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, cari ilin ilk ayında “Xalq Sığorta” şirkətinin yığım portfeli 10,787 mln. manatı ötüb.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 5,601 mln. manat həcmində sığorta ödənişi verilib. Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq operativə vaxtında icra edilib.