Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan “Xalq Sığorta” şirkəti 2024-cü ilin yanvar-dekabr ayları üzrə uğurlu maliyyə nəticələrini açıqlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “Xalq Sığorta” şirkətinin yığım portfeli 24,699 mln. manatı ötüb.
Məlumata görə, şirkətin yığım portfeli illik müqayisədə 626 min manat, başqa sözlə 3% böyüyüb.
2023-cü ildə şirkətin satış komandası tərəfindən 24,073 mln. manat sığorta haqqı toplanmışdı.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 9,951 mln. manat həcmində sığorta ödənişi verilib. Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq operativə vaxtında icra edilib.