"Xalq Sığorta" ASC-nin Direktorlar Şurasının (DŞ) üzvü Raman Kurbanau şirkətdən ayrılıb.
“Xalq Sığorta” şirkətinə yeni satış rəhbəri –TƏYİN EDİLİB
FED.az xəbər verir ki, onun yerinə hələlik təyinat olmayıb. Hazırda "Xalq Sığorta"nın Direktorlar Şurası iki nəfərlə (sədr Asim Məmmədli və müstəqil üzv Ruslan Seyidov) təmsil olunur.
Qeyd edək ki, Raman Kurbanau 2023-cü ilin iyun ayında "Xalq Sığorta"nın Direktorlar Şurasına üzv seçilmişdi. Bundan əvvəl isə sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsini icra edib. (Apa)