"Xalq Sığorta" şirkəti yenilikçi yanaşmasının daha bir nümunəsi olan əczaçılıq fəaliyyəti göstərən sahibkarlar üçün yeni sığorta məhsulu - "Aptekim"i bazara təqdim edir.
FED.az xəbər verir ki, məhsulun bazara təqdim edilməsində əsas məqsəd gözlənilməz hadisələr səbəbindən əczaçılıq biznesinə dəyən maddi ziyanı ölçüsü dəyərləndirilərək tamamilə qarşılamaqdır.
Əczaçılıq biznesiniz üçün niyə “Aptekim”?
Çünki "Aptekim" məhsulu sizin aptek biznesinizə aşağıdakı xoşagəlməz səbələrdən dolayı dəymiş zərəri tamamilə qarşılayır.
- Yanğın, ildırım və partlayış
- Təbii fəlakətlər (zəlzələ, fırtına, torpaq sürüşməsi, sel, daşqın, qar ağırlığı, dolu)
- Zor güc tətbiqi etməklə oğurluq, qarət
- Üçüncü şəxslərin qərəzli və qanunsuz hərəkətləri
- Daxili subasma
“Aptekim” məhsulunun sığorta məbləği nə qədərdir?
Məhsulun sığorta məbləği əmlakınıza dəymiş ziyanın miqdarından asılı olaraq 5,000 AZN, 10,000 AZN və 15,000 AZN aralığındadır. Sığorta haqqı isə sığorta məbləğinə görə 40 AZN, 70 AZN və 90 AZN məbləğində dəyişir. Hər üç sığorta məbləği üçün minimum azadolma məbləği 100 AZN təşkil edir.
“Aptekim” məhsulunu necə əldə edə bilərəm?
Bu sığorta növü haqqında daha ətraflı məlumat almaq və sığortanı əldə etmək üçün 183 nömrəsinə zəng vurmaq, eləcə də sosial şəbəkə hesabları vasitəsilə əlaqə saxlamaq kifayətdir.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.