May ayında "Xalq Sığorta" ASC tərəfindən "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə Bakı şəhərində sığortalanmş mənzilə subasma nəticəsində dəymiş zərərə görə 18 470 AZN məbləğində sığorta ödənişi olunmuşdur.
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, bazarda kifayət qədər imicli sığorta şirkəti kimi tanınan “Xalq Sığorta” ASC 2005-ci ildən fəaliyyətə başlayıb. 58 750 500 manat həcmində nizamnamə kaptalına malik olan şirkət tərəfdaş və müştərilər qarşısında öhdəliklərini vaxtında həyata keçirməklə sığorta bazarında yüksək imic qazanıb. Şirkət satış coğrafiyasını genişləndirməsi, həmçinin 183 çağrı mərkəzi və www.xalqsigorta.az saytı üzərindən online satışlar etməsi nəticəsində müştərilərin maraqlarını təmin edərək yüksək xidmət göstərməyə nail omuşdur.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.