"Xalq Həyat" Sığorta Şirkətinin 2025-ci ilin yekunlarına (31.12.2025) dair mənfəət və zərər hesabatı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin cəmi gəlirləri 2025-ci ildə 13 milyon 390,5 min manat təşkil edib. Bu, 2024-cü ildəki 13 milyon 108,6 min manat ilə müqayisədə 281,9 min manat və ya təqribən 2,1% artım deməkdir.
Gəlirlərin əsas maddələri üzrə də dəyişikliklər müşahidə olunur
Əsas əməliyyat gəlirləri 11 milyon 991,9 min manat təşkil edərək, ötən illə müqayisədə 546,4 min manat (təqribən 4,8%) artıb.
İnvestisiya gəlirləri 1 milyon 564,1 min manata bərabər olub.
Digər gəlirlər 64,4 min manata bərabər olub. 2024-cü illə müqayisədə 56,2 min manat, yəni təqribən 7,8 dəfə artım qeydə alınıb.
Şirkətin cəmi xərcləri 2025-ci ildə 10 milyon 702,3 min manat təşkil edib.
Xərclərin detalları aşağıdakı kimidir
Əsas əməliyyat xərcləri 6 milyon 598,5 min manata bəraər olub.
İşlərin aparılması xərcləri 4 milyon 103,7 min manat təşkil edib. İl ərzində 495,7 min manat (təqribən 13,7%) artım baş verib.
Maliyyə mənfəəti 2025-ci ildə 2 milyon 688,2 min manat təşkil edib. Bu, 2024-cü ildəki 2 milyon 253,2 min manat ilə müqayisədə 435,0 min manat (təqribən 19,3%) artım deməkdir.
Mənfəət vergisi 2025-ci ildə 566,6 min manat olub. 2024-cü ilə nəzərən bu xərclərdə 42,8 min manat (təqribən 8,2%) artım müşahidə olunub.
Bütün bu dəyişikliklərdən sonra, "Xalq Həyat"ın xalis mənfəəti 2025-ci ildə 2 milyon 121,6 min manat təşkil edib. Bu, 2024-cü ildəki 1 milyon 728,4 min manat ilə müqayisədə 393,2 min manat (təqribən 22,7%) artım deməkdir.
Xatırladaq ki, "Xalq Həyat" Sığorta Şirkəti 2024-cü ilin yekunlarını 1 milyon 728,4 min manat xalis mənfəətlə başa vurmuşdu.












