"Xalq Həyat" ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
"Xalq Sığorta" rəhbərliyinə - DAHA BİR TƏYİNAT
FED.az xəbər verir ki, sığorta şirkətindən əldə edilən məlumata görə, İH-nin sədri vəzifəsini müvəqqəti icra edən sədr müavini İsmayıl Əliyev sığorta şirkətinin yeni sədri seçilib.
Bundan əlavə, şirkətin maliyyə departamentinin direktoru Əfqan Osmanov İH-nə müvəqqəti üzv seçilib. Bununla da "Xalq Həyat"ın İH-nin tərkibi idarə heyətinin üzvü Aynurə Quliyeva ilə birlikdə üç nəfərdən ibarət olub.
Xatırladaq ki, "Xalq Həyat Sığorta" isə 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta"ya məxsusdur. (Apa)