“Xalq Həyat Sığorta" şirkəti 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, sığorta şirkəti ötən ili 1 milyon 983 min manat xalis mənfəətlə burub. Xalis mənfəətin həcmi son bir il ərzində 159 min manat və ya 9% artıb. Xatırladaq ki sığorta şirkəti 2022-ci ili 1 milyon 824 min manat mənfəətlə başa vurmuşdu.
Hesabat dövründə şirkət 620 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisə ilə 164 min manat, başqa sözlə 36% çoxdur.
“Xalq Həyat Sığorta" şirkətinin birbaşa sığorta üzrə yığımları 10 milyon 195 min manat, investisiya gəlirləri 1 milyon 868 min manat, cəmi gəlirləri isə 10 milyon 687 min manat təşkil edib.
Əvvəlki illə müqayisədə birbaşa sığorta üzrə yığımları 1 milyon 820 min manat (22%), investisiya gəlirləri 147 min manat (9%), cəmi gəlirləri isə 4 milyon 166 min manat (64%) artıb.
Bu dövrdə sığorta şirkətinin əsas əməliyyat xərcləri üzrə verilmiş sığorta ödənişləri 3 milyon 842 min manat, qaytarılan sığorta haqları 563 min manat, təkrarsığortaya verilmiş sığorta haqları 459 min manat, sair əməliyyat xərcləri 135 min manat, işlərin aparılması xərcləri 3 milyon 97 min manat, cəmi xərcləri 8 milyon 96 min manat, əməliyyat mənfəəti 2 milyon 592 min manat təşkil edib.
İllik müqayisədə verilmiş sığorta ödənişləri 3 milyon 422 min manat (9,1 dəfə), qaytarılan sığorta haqları 2 min manat, təkrarsığortaya verilmiş sığorta haqları 82 min manat (22%), işlərin aparılması xərcləri 355 min manat (13%), cəmi xərcləri 3 milyon 847 min manat (91%), əməliyyat mənfəəti 320 min manat və ya 14% artıb.
“Xalq Həyat” Sığorta şirkəti ötən il 31 milyon 665 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 4 milyon 189 min manat və ya 15% artıb.
Öhdəliklər isə 2 milyon 207 min manat və ya 22% artaraq 12 milyon 406 min manata yüksəlib.
Balans kapitalı isə 19 milyon 260 min manat təşkil edib. Bu illik müqayisədə 1 milyon 984 min manat və ya 11% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 983 min manat və ya 87% artaraq 4 milyon 260 min manata yüksəlib.
Nizamnamə (səhmdar) kapitalı isə dəyişməyib və 15 milyon manat olaraq qalıb.