“Xalq Həyat Sığorta” ASC-nin peşəkar satış komandası tərəfindən bu ilin yanvar-mart aylarında 2 milyon 538 min manat sığorta haqqı toplanılıb.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, sığorta yığımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 141 min manat və ya 6% artıb.
Hesabat dövründə şirkət tərəfindən müştərilərə verilən sığorta ödənişlərinin həcmi 1 milyon 857 min manata çatıb.
Sığorta ödənişlərinin həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 96 min manat, başqa sözlə 2,4 dəfə artıb.
Azərbaycan sığorta bazarında müştəri yönümlü bir şirkət kimi tanınan “Xalq Həyat” həyat sığortası bazarında 2%-dən çox paya sahibdir. Şirkəti korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir. Müştərilərin şirkətə ən çox müraciət etdiyi sığorta növləri sırasına “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri daxildir. Məhz elə şirkətin sağlam sığorta portfeli də sözügedən növlərdən əldə olunan daxilolmalar hesabına formalaşıb.
Xatırladaq ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.