Sığorta məsələsi ilə bağlı bizim planlarımız var.
Mərkəzi Bank: Daşınmaz əmlakın icbari sığortası vətəndaşların hüquqlarına zidd deyil
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri sığorta şirkətlərinin əhaliyə daşınmaz əmlakını sığortalamasa, cərimələnəcəklərini bildirməsinin qanunsuz olduğunu söyləyib: “Sığorta şirkətlərinə bununla bağlı öz iradımızı və tələblərimizi irəli sürmüşük. Bu SMS-lər və zənglər onların səlahiyyətində deyil və onlar bunu dayandırmalıdır”. (Apa)