Ölkəmizdə makroiqtisadi dayanıqlıq qorunub. Cəmiyyətin həyat səviyyəsi xeyli yüksəlmişdir. Azərbaycan iqtisadiyyatı hal-hazırda regionun aparıcı iqtisadiyyatıdır.
Azərbaycanın sığorta bazarı - 16% BÖYÜYÜB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Rəşad Orucov “Karastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Hal-hazırda Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olmuşdur. Milli prioritetlər təyin edilmişdir, yeni inkişaf mərhələsində dövlət özəl əməkdaşlığı genişləndiriləcək. Maliyyə sektorunun bütün seqmentlərində inkişaf davamlıdır.
Onun sözlərinə görə, maliyyə savadlılığının artırılması, o cümlədən maliyyə sektorunda şəffaflıq və rəqəmsallığı artırmaq üçün Mərkəzi Bank tərəfindən strategiya hazırlanıb. Yaşıl maliyyə üzrə ekosisteminin formalaşdırılması, rəqəmsal transformasiya reallaşması və Kibertəhlükəsizlik güclənməsi təşəbbüsləri bu strategiyada öz əksini tapıb. Mərkəzi Bankın məqsədi maliyyə sabitliyini təmin etməkdir.
"5 ildə sığorta bazarı 2 dəfə böyüyüb. Bununla belə, sığorta bazarının reallaşdırılmamış böyük potensialı mövcuddur. Sığorta bazarının böyük potensialı var. Sığorta bazarı miqyası genişləndirilməldiir" deyə Rəşad Orucov vurğulayıb.
"Zəlzələlər genişlənib və gələcəkdə daha güclü zəlzələlər ola bilər. Əhali və biznesin əhəmiyyətli sığorta risk təminatı ilə əhatə edilməməsi hər hansı xoşagəlməz hadisələr baş verdiyi zaman onların maddi rifahına ciddi zərbə vura bilər. Ona görə də başlıca spesifik vəzifə sığorta bazarının miqyasının dərinliyinin genişləndirilməsidir.
Tədbirimizdə bu zəlzələ risklərindən sığortalanması içə bağlı Azərbaycanda cari vəziyyət, eləcə də Türkiyə təcrübəsinin öyrənilməsini görəcəyik”- deyə Rəşad Orucov əlavə edib.