Daşınmaz əmlakın sığortası icbaridir, orda həm katastrofik risklər, həm də digər risklər öz sığorta şəhadətnaməsinin əhatə dairəsindədir.
"Azərbaycanda daşınmaz əmlakların sığortası ürəkaçan deyil"
FED.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
O bildirib ki, burda sığorta risklərinə əlavə təminatların verilməsi və ya hansısa bir təminatın ordan çıxarılması sığorta şirkətinin səlahiyyətində deyil. Bu qanunvericilik tələbləri ilə müəyyən edilib və sabitdir, burda hər hansı bir müdaxilənin edilməsi mümkün deyil.
Bu günkü tədbirdə biz xüsüsən katastrofik risklərlə bağlı mövzunu cəmiyyətin diqqətinə çatdırmaq istəyirik. Eyni zamanda elmi yanaşmanın ortaya qoyulması ilə riskin düzgün bir mexanizmlə təkrarsığortaya ötürülməsi və ölkənin maliyyə sabitliyinin qorunması üçün lazımi tədbirlərin görülməsi və əlbəttə, ən mühümü risklərin sığorta şirkətlərinə düzgün transfer edilməsinin təmin edilməsi üçün təkliflərin hazırlanmasını istəyirik.
"Bu gün burda Türkiyənin mövzu ilə əlaqədar professorları elmi araşdırma həyata keçirmiş və bu mövzuda önəmli töhfələr ortaya qoymuş alimlər iştirak edir, eyni zamanda Azərbaycan Elmlər Akademiyasının alimləri tədbirdə iştirak edirlər. Birlikdə həyata keçirəcəyimiz tədbirlər sayəsində müvafiq modellərin hazırlanması təmin ediləcək. Bu istiqamətdə sığorta şirkətlərinin risklərinin sığortalanması və müvafiq təkrarsığorta proqramlarının təmin olunmasını həyata keçirəcəyik" - deyə Rəşad Əhmədov əlavə edib.