"Qala Sığorta” ASC 2026-cı ilin yanvar ayında 4 milyon 228 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları 2025-ci ilin yanvar ayındakı 5 milyon 602 min manatlıq göstəriciyə nəzərən 1 milyon 374 min manat və ya 24,5% azalıb.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 1 milyon 855 min manat olub ki, bu da illik müqayisədə 14 min manat və ya 0,7% azalma deməkdir. 2025-ci ilin yanvar ayında şirkət tərəfindən 1 milyon 869 min manat ödəniş edilmişdi.
Şirkətin zərərlilik göstəricisi 2025-ci ilin yanvarındakı 33,4%-dən 2026-cı ilin yanvarında 43,9%-ə yüksəlib.













