Ölkənin aparıcı sığorta şirkətlərindən olan "Qala Sığorta" ASC 2024-cü ilin yanvar-noyabr ayları ərzində topladığı sığorta haqlarının həcmi 72 milyon 993 min manata çatıb.
FED.az Mərkəzi Bankın sığorta şirkətləri nilə bağlı açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin topladığı sığorta haqlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 368 min manat və ya 36% çox olub. Ötən ilin eyni dövründə şirkətin satış komandası tərəfindən 53 milyon 630 min manat sığorta haqqı toplanmışdır.
Bununla yanaşı, "Qala Sığorta" şirkəti tərəfindən zərərçəkmiş müştərilərə 15 milyon 311 min manat sığorta ödənişi verilib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 6 milyon 613 min manat, başqa sözlə 76% çoxdur.
Ötən ilin yanvar-noyabr aylarının nəticələrinə görə, şirkətin ödədiyi sığorta ödənişinin məbləği 8 milyon 698 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə "Qala Sığorta" topladığı hər 100 manat sığorta haqqının 21 manatını müştərilərinə sığorta ödənişi kimi geri qaytarıb.