"Qala Sığorta" şirkətinin 2025-ci ilin yekunlarına dair mənfəət və zərər hesabatı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə şirkətin cəmi gəlirləri 84,6 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 6,5 milyon manat və ya təqribən 8,3% artım deməkdir.
Ötən il "Qala Sığorta" şirkətinin əsas əməliyyat gəlirləri 79,6 milyon manat (927 min manat və ya 1,1 faiz azalma), investisiya gəlirləri 5,4 milyon manat (1 milyon manat və ya 22 faiz azalma), digər gəlirləri 4,1 milyon manat (1,8 milyon manat və ya 81% artıb) təşkil edib.
2025-i ildə "Qala Sığorta"nın cəmi xərcləri 69,7 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 9,8 milyon manat və ya 16,4% artıqdır.
Ötən il şirkətin əsas əməliyyat xərcləri (o cümlədən sığorta ödənişləri) 48,7 milyon manat təşkil edib. Bu 2024-cü ilə nisbətən 11,4 milyon manat və ya 30% artıqdır.
İşlərin aparılması xərcləri 20,9 milyon manat olub. Bu əvvəlki illə müqayisədə 1,5 milyon manat (təqribən 6,9%) azalma deməkdir.
2025-ci ilin nəticələri üzrə "Qala Sığorta"nın maliyyə mənfəət 14,9 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 18,3 milyon manatla müqayisədə 3,3 milyon və ya 18,3% azalma deməkdir.
Hesabat dövründə sığorta şirkəti 2,99 milyon manat mənfəət vergisi ödəyib. Əvvəlki illə müqayisədə verginin məbləği 400 min manat azalıb.
Ümumilikdə 2025-ci ildə "Qala Sığorta"nın xalis mənfəəti 11,9 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 14,9 milyon manat ilə müqayisədə 2,95 milyon manat və ya 20% azalma deməkdir.















