2019-cu ilin aprel ayından “Qala Sığorta” ASC-nin baş mühasibi olan Rüfət Sahibsoy vəzifəsindən azad edilib.
Eləcə də bax: Azərbaycan İnvestisiya Holdinqinin yeni baş inzibatçısı - Təyin Edilib
FED.az xəbər verir ki, onun yerinə Rəşad Ağayev təyin olunub.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % "AzReTəkrarsığorta" ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir. (Report)