Bu ilin yanvar ayı ərzində "Qala Sığorta" şirkəti 2 milyon 283 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən şirkətin topladığı sığorta haqlarının həcmi əvvəlki illə müqayisədə 451 min manat və ya 24,6% artıb.
Ötən ilin eyni dövründə şirkətin satış komandası tərəfindən 1 milyon 832 min manat sığorta haqqı toplanmışdır.
Bununla yanaşı, sığorta şirkəti müştərilərinə 719 min manat ödəyib.
Ödənişin məbləği də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 93 min manat, başqa sözlə 14,9% çoxdur.
Ötən ilin yanvar ayında sığorta ödənişinin məbləği 626 min manat təşkil edib.
Hesabat dövründə "Qala Sığorta" topladığlı hər 100 manat sığorta haqqının 32 manatını müştərilərinə geri qaytarıb.
Qeyd edək ki, bu dövrdə "Qala Sığorta" şirkəti yığımların həcminə görə 8-ci, yığımların dinamikasına görə 6-cı, ödənişlərin həcminə görə 9-cu, dinamikasına görə 5-ci yerdə qərarlaşıb.