“Qala Sığorta” ilk 8 ayda 58 milyon 516 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 2 milyon 442 min manat (4,4%) artıb.
Ötən il yığımlar 56 milyon 74 min manat idi.
Ödənişlər isə 7 milyon 952 min manat (86,2%) artaraq 17 milyon 174 min manat olub.
Ötən il ödənişlər 9 milyon 222 min manat olmuşdu.