“Xalq Sığorta” ilk 8 ayda 18 milyon 52 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 3 milyon 414 min manat (23,3%) artıb. Ötən il yığımlar 14 milyon 638 min manat idi.
Bu dövrdə ödənişlərin məbləği 6 milyon 763 min manat olub.
Ötən il müştərilərə 6 milyon 983 min manat ödəniş edilib.
Şirkət hesabat dövründə müştərilərdən əldə etdiyi hər 100 manatdan 37,5-ni ödənişlərə yönəldib.
Ötən ilin eyni dövründə isə bu rəqəm- 47,7 manat idi.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.