"Qala Həyat" Sığorta Şirkəti ASC-nin səhmdarlarının 29 yanvar tarixində keçirilən iclasında bir sıra qərarlar qəbul edilib.
Şirkətin baş ofisindən FED.az saytına verilən məlumata görə, səhmdarların qərarına əsasən cəmiyyətin 2021-ci il üzrə büdcəsi təsdiq olunub.
Bununla yanaşı, “Qala Həyat”ın ötən ilki fəaliyyətinin dəyərləndirilməsi, eləcə də maliyyə hesabatlarının auditi üçün, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun fəaliyyət göstərən, müstəqil auditor İbrahimov Elnur Elxan oğlu seçilib.