Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən olan "Qala Həyat" Sığorta Şirkəti ASC-nin səhmdarlarının növbəti iclasının tarixi məlum olub.
Şirkətin baş ofisindən FED.az saytına verilən məlumata görə, 29 yanvar 2021-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5a ünvanında “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların Ümumi Yığıncağının iclası çağrılır.
İclasın gündəliyinə aşağıdakı məsələlər müzakirə ediləcək:
- Cəmiyyətin 2021-ci il üçün büdcəsinin təsdiq olunması;
- 2020-ci il üzrə Cəmiyyətin müstəqil auditorunun seçilməsi və Cəmiyyətin maliyyə hesabatlarının auditi;