"Porsche Həftəsi" ilə 20% Endirim Fürsətini Qaçırmayın!
Ölkənin aparıcı sığorta şirkəti olan "PAŞA Sığorta" Porsche avtomobil sahiblərinə 20% xüsusi endirim təklif edir.
FED.az xəbər verir ki, istehsal ili 2009-cu il və daha yuxarı olan Porsche markalı avtomobil sahibləri öz avtomobilini 29 iyul - 4 avqust tarixləri arasında Tam KASKO üzrə endirimli qiymətlə sığortalaya bilərlər.
Kampaniyadan faydalanmaq üçün minimum sığorta haqqı 500 AZN olmalıdır.
Kampaniya yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən, yeni və ya tarifə yükləmə edilməyən yeniləmə fərdi müştərilərə şamil edilir.