Azərbaycan sığorta bazarının aparıcı sığorta şirkəti olan “PAŞA Sığorta” ASC 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "PAŞA Sığorta" ötən ili 20,635 milyon manat xalis mənfəətlə başa vurub.
İllik müqayisədə “PAŞA Sığorta”nın gəlirləri 17,2% artaraq 177,253 milyon manata, xərcləri isə 33,2% artarq 148,055 milyon manata çatıb. Şirkətin mənfəət vergisi ödəmələrinin həcmi 8,564 milyon manat təşkil edib.
Həmçinin cari ilin yanvar ayının 1-nə “PAŞA Sığorta”nın aktivləri 223,558 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 25,9% artaraq 146,903 milyon manata çatıb, balans kapitalı isə 76,655 milyon manat olub.
Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.