31 Dekabr 2024-cü il tarixinə "PAŞA Həyat Sığorta"nın dövlət qiymətli kağızlarına investisiyaları 517 milyon 205 min manata bərabər olub.
FED.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, dövlət qiymətli kağızlarına investisiyaları 476 milyon 630 min manata, qeyri-dövlət qiymətli kağızlarına investisiyaları isə 40 milyon 575 min manata bərabər olub.
Ümumi yatırımlar 2023-cü illə müqayisədə 104 milyon 680 min manat və ya 25,4% artıb. Bununla yanaşı "PAŞA Həyat Sığorta" ASC-nin dövlət qiymətli kağızlarına investisiyaları 84 milyon 824 min manat və ya 21,6%, qeyri-dövlət qiymətli kağızlarına investisiyalarını isə 19 milyon 856 min manat və ya 95,8% artıb.
Xatırlatma üçün bildirək ki, 31 dekabr 2023-cü il tarixinə "PAŞA Həyat Sığorta"nın dövlət qiymətli kağızlarına investisiyaları 412 milyon 524 min manata bərabər olub.
Dövlət qiymətli kağızlarına investisiyaları 391 milyon 806 min manat, qeyri-dövlət qiymətli kağızlarına investisiyaları isə 20 milyon 719 min manat təşkil edib.