"PAŞA Həyat Sığorta" ASC-nin bu ilin birinci yarısına olan maliyyə vəziyyəti məlum olub.
"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə - SIĞORTA ÖDƏNİŞİ ETDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu dövrdə şirkətin gəlirləri 410 milyon 327 min manat olub. Bu, 2025-ci ilin birinci yarısı ilə müqayisədə 80 milyon 672 min manat (24,5%) çoxdur.
Gəlirlərin 422 milyon 192 min manatı əsas əməliyyat gəlirlərinin payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon 901 min manat və ya 7,9% çoxdur.
Xatırladaq ki, ötən ilin birinci yarısında şirkətin gəlirləri 329 milyon 655 min manat, əsas əməliyyat gəlirləri isə 391 milyon 291 min manat olmuşdu.
Bundan başqa, şirkət hesabat dövründə 27 milyon 618 min manat investisiya gəliri əldə edib ki, bu da, illik müqayisədə 3 milyon 872 min manat (16,3%) çoxdur.
Xalis sığorta ehtiyatlarının dəyişməsindən 39 milyon 548 min manat zərər qeydə alınıb. Bu, ötən ilin eyni dövrünə nəzərən 45 milyon 837 min manat (2,2 dəfə) daha azdır. Ötən ilin ilk yarısında bu məbləğ 85 milyon 385 min manata bərabər idi.
Digər gəlirlər şirkətə 64,3 min manat (62,2 min manat çox) qazandırıb.
Hesabat dövründə "PAŞA Həyat Sığorta"nın xərcləri 375 milyon 214 min manat olub. Bu, 2025-ci ilin birinci yarısı ilə müqayisədə 77 milyon 549 min manat və ya 26,1% çoxdur. Belə ki, şirkətin xərcləri ötən ilin eyni dövründə 297 milyon 665 min manat idi.
Xərclərin 343 milyon 17 min manatı əsas əməliyyat xərclərinin (76 milyon 9 min manat / 28,5% çox), 32 milyon 54 min manatı işlərin aparılması xərclərinin (1 milyon 458 min manat / 4,8% çox) və 143,1 min manatı (81,5 min manat / 2,3 dəfə çox) digər xərclərin payına düşüb.
Bəhs olunan dövrdə sığorta şirkətinin maliyyə mənfəəti 35 milyon 113 min manat, mənfəət vergisi xərci 7 milyon 442 min manat təşkil edib.
Yekunda ASC bu ilin ilk yarısını 27 milyon 671 min manat xalis mənfəətlə başa vurub ki, bu da, ötən ilin ilk yarısında olan 24 milyon 611 min manatlıq xalis mənfəətdən 3 milyon 60 min manat və ya 12,4% daha çoxdur.
2026-cı ilin iyun ayının sonunda "PAŞA Həyat Sığorta" ASC-nin cəmi aktivləri 840 milyon 604 min manat olub. Bu, 2025-ci ilin sonuna nəzərən 10 milyon 59 min manat (1,2%) çoxdur.
Öhdəliklərin həcmi isə son altı ayda 42 milyon 393 min manat (6,2%) artaraq 731 milyon 252 min manata bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin sonunda şirkətin cəmi aktivləri 830 milyon 545 min manat, cəmi öhdəlikləri 688 milyon 859 min manat olmuşdu.
Nəticə olaraq, bu ilin ilk yarısının sonunda "PAŞA Həyat Sığorta" ASC-nin cəmi kapitalı 109 milyon 352 min manat olmaqla, son altı ayda 32 milyon 334 min manat və ya 22,8% azalma göstərib.
Məlumat üçün bildirək ki, ötən ilin sonunda şirkətin cəmi kapitalı 141 milyon 686 min manat idi.











!["PAŞA Həyat Sığorta"dan - [red]27 MİLYON MANAT XALİS MƏNFƏƏT - HESABAT [/red] | FED.az](/upload/news/small/2888707.jpg)
!["PAŞA Həyat Sığorta"dan - [red]27 MİLYON MANAT XALİS MƏNFƏƏT - HESABAT [/red] | FED.az](/upload/news/small/2277564.jpeg)
!["PAŞA Həyat Sığorta"dan - [red]27 MİLYON MANAT XALİS MƏNFƏƏT - HESABAT [/red] | FED.az](/upload/news/small/4137115.jpeg)
!["PAŞA Həyat Sığorta"dan - [red]27 MİLYON MANAT XALİS MƏNFƏƏT - HESABAT [/red] | FED.az](/upload/news/small/2696437.jpeg)
!["PAŞA Həyat Sığorta"dan - [red]27 MİLYON MANAT XALİS MƏNFƏƏT - HESABAT [/red] | FED.az](/upload/news/small/390934.jpeg)









