"Paşa Həyat Sığorta" şirkəti 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portal xəbər verir k, hesabata əsasən, şirkətin "Həyatın ölüm halından sığortası" üzrə yığımlarda azalma, ödənişlərdə isə artım baş verib.
2025-ci ildə "Həyatın ölüm halından sığortası" üzrə hesablanmış sığorta haqları 17 milyon 270 min manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü (18 milyon 150 min manat) ilə müqayisədə 880 min manat (4,8%) azalma deməkdir. Lakin bu azalmaya baxmayaraq, ödənişlər portfelində artım qeydə alınıb.
Həyatın ölüm halından sığortası üzrə ödənişlər 2025-ci ildə 1 milyon 857 min manat təşkil edib. Bu, 2024-cü ildəki 1 milyon 335 min manat ilə müqayisədə 522 min manat (39,1%) artım deməkdir.
Nəticədə 2025-ci ildəHesablanmış zərərlilik dərəcəsi 2025-ci ildə 10,8% olub. Bu, 2024-cü ildəki 7,4% ilə müqayisədə 3,4 faiz bəndi pisləşmə deməkdir.
"Paşa Həyat"da "Ölümdən sığorta" üzrə yığımları azalıb - RƏQƏMLƏR
08:56
9 Fev 2026












