“PAŞA Həyat Sığorta” şikəti 2020-ci ili 21,774 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2019-cu ilə nisbətdə 32% azdır
FED.az xəbər verir ki, ötən il “PAŞA Həyat Sığorta”nın məcmu gəlirləri 58,4% artaraq 312,035 milyon manata, məcmu xərcləri isə 80,3% artaraq 282,555 milyona çatıb. Hesabat dövründə şirkətin mənfəət vergisi üzrə ödəmələri 6,3% azalaraq 7,706 milyon manata enib.
Car ilin yanvarın 1-nə “PAŞA Həyat Sığorta”nın aktivləri 1% azalaraq 396,256 milyon manat olub, öhdəlikləri 0,2% artaraq 327,802 milyon manata, balans kapitalı isə 6,1% azalaraq 68,454 milyon manata düşüb.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
Report.az