14 fevral tarixində Meqa Sığorta və Meqa Həyat Açıq Səhmdar Cəmiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Fövqəladə hallar zamanı davranış” qaydaları mövzusunda maarifləndirmə tədbiri keçirildi.
FED.az xəbər verir ki, tədbir zamanı Meqa Sığorta Qrupunun işçilərinə dəm qazı təhlükəsi, zəlzələ zamanı davranış qaydaları, ödsöndürücü balondan istifadə qaydaları, çimərlikdə davranış qaydaları əyani şəkildə izah olundu. Bundan əlavə olaraq FHN əməkdaşları təlim iştirakçılarına ödsöndürən balondan istifadə qaydalarını da izah etmişlər.
Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir!