“Meqa Sığorta” ASC sığorta yığımlarını artırmaqda davam edir.
FED.az xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında sığorta şirkəti 32,397 mln. manat sığorta haqqı toplayıb.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 1,365 mln. manat, başqa sözlə 4% artıb.
Əvvəlki ilin eyni dövründə “Meqa Sığorta” ASC-nin yığımları 31,033 mln. manat olub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta yığımlarının həcminə görə 6-cı, dinamikasına görə 12-ci pillədə qərarlaşıb.
Hesabat dövründə şirkət müştərilərinə 14,109 mln manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 5,963 mln. manat və ya 74% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 8,146 mln. manat olub.
“Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta ödənişlərinin həcminə və dinamikasına görə 6-ci yerdə olub.
“Meqa Sığorta” ASC-nin zərərlilik göstəricisi bu dövrdə 44% olub. Ötən ilin eyni dövründə isə bu göstəricisi 26% idi.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.