“Meqa Sığorta” ASC sığorta yığımlarını və ödənişlərini artırmaqda davam edir.
FED.az xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında sığorta şirkəti 33,856 mln. manat sığorta haqqı toplayıb.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 12,727 mln. manat, başqa sözlə 60,2% artıb.
Əvvəlki ilin eyni dövründə “Meqa Sığorta” ASC-nin yığımları 21,129 mln. manat olub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta yığımlarının həcminə görə 6-cı, sığorta yığımlarının artım dinamikasına görə 4-cü qərarlaşıb.
Hesabat dövründə şirkət müştərilərinə 8,969 mln. manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 2,220 mln. manat və ya 32,9% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 6,749 mln. manat olub.
“Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta öədnişlərinin həcminə görə 10-cu, sığorta ödənişlərinin artım dinamikasına görə 9-cu yerdə olub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.