Aprelin 24-də "Meqa Sığorta" ASC və "Mega Life" OJSC əməkdaşları Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə kampaniyasında iştirak ediblər.
FED.AZ biznes və maliyyə xəbərləri portalına bu barədə şirkətin baş ofisindən məlumat verilib.
"Aksiyanın keçirilməsində məqsəd təkcə təbiətin gözəlliyini yaratmaq deyil, eyni zamanda sağlamlıq üçün atılan ən optimal addımlardan biridir. Ənənəvi təşkil edilən ağacəkmə aksiyası ekoloji problemlərlə bağlı mübarizədə, həmçinin yaşıl gələcək naminə atılacaq bütün istiqamətlərdə mühüm əhəmiyyət kəsb edəcək", - ASC-dən bildirilib.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında həyata keçirilib.
Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumi olaraq 1 milyon ağac əkilməsi nəzərdə tutlub.







!["Meqa Sığorta" əməkdaşları növbəti ağacəkmə kampaniyasında iştirak ediblər - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/438115.jpg)
!["Meqa Sığorta" əməkdaşları növbəti ağacəkmə kampaniyasında iştirak ediblər - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2928191.jpg)
!["Meqa Sığorta" əməkdaşları növbəti ağacəkmə kampaniyasında iştirak ediblər - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/420979.jpg)
!["Meqa Sığorta" əməkdaşları növbəti ağacəkmə kampaniyasında iştirak ediblər - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1698449.jpg)








