“Meqa Sığorta” ASC sığorta yığımlarını artırmaqda davam edir.
FED.az xəbər verir ki, bu ilin yanvar ayında sığorta şirkəti 4,072 mln. manat sığorta haqqı toplayıb.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 920 min manat, başqa sözlə 29,2% artıb.
Əvvəlki ilin eyni dövründə “Meqa Sığorta” ASC-nin yığımları 3,152 mln. manat olub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta yığımlarının həcminə görə 6-cı, sığorta yığımlarının artım dinamikasına görə 5-ci qərarlaşıb.
Hesabat dövründə şirkət müştərilərinə 882 min manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 82 min manat və ya 10,3% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 800 min manat olub.
“Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta öədnişlərinin həcminə görə 7-ci, sığorta ödənişlərinin artım dinamikasına görə 8-ci yerdə olub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.