“Meqa Sığorta” ASC 2020-ci ili 5 milyon 727 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 3 milyon 533 min manat xalis mənfəət ilə bağlamışdı.
FED.az xəbər verir ki, “Meqa Sığorta” ASC-nin cəmi əməliyyat gəlirləri 2019-cu ildəki 22 milyon 163 min manatdan 2020-ci ildə 32 milyon 317 min manata yüksəlib. Şirkətin topladığı sığorta haqları isə 2019-cu ildə 22 milyon 72 min manat ikən 2020-ci ildə 28 milyon 570 min manat təşkil edib.
“Meqa Sığorta”nın illik sığorta ödənişləri isə 5 milyon 30 min manatdan 4 milyon 861 min manata geriləyib.