"Meqa Həyat" sığorta şirkəti 2025-ci ilin 31 dekabr tarixinə olan rüblük maliyyə nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə "Meqa Həyat"ın cəmi gəlirləri 17 milyon 213 min 843 manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 9 milyon 21 min manat və ya təxminən 2,1 dəfə artımdır.
Əsas əməliyyat gəlirləri 18 milyon 277 min manata bərabər olub. Bu gəlirlər il ərzində 6 milyon 598 min manat (56,1%) artıb.
İnvestisiya gəlirləri 4 milyon 17 min manat olaraq qeydə alınıb. 2024-cü illə müqayisədə 1 milyon 409 min manat (53,9%) artıb.
Sığorta şirkətinin gəlirləri digər gəlirlər 17 min manata bərabər olub.
Şirkətin cəmi xərcləri 12 milyon 581 min manata bərabər olub. Bu, 2024-cü illə müqayisədə 6 milyon 293 min manat və ya təxminən 2 dəfə artım deməkdir.
Əsas əməliyyat xərcləri 6 milyon 479 min manat təşkil edib. Bu 2024-cü ilə nəzərən 4 milyon 428 min manat və ya təxminən 3,2 dəfə artıma bərabərdir.
İşlərin aparılması xərcləri isə 1 milyon 86 min manat (44,1%) artaraq 6 milyon 100 min manata yüksəlib.
Digər xərclər 2 min 190 manata bərabər olub.
Maliyyə mənfəəti milyon 632,7 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 2 milyon 728 min manat və ya təxminən 2,4 dəfə artımdır.
Mənfəət vergisi 926,5 min manata yüksəlib. İllik müqayisədə 545,5 min manatlıq və ya təxminən 2,4 dəfə artım qeydə alınıb.
Nəticədə, şirkətin xalis mənfəəti 3 milyon 706 min manata bərabər olub. Bu, 2024-cü illə müqayisədə 2 milyon 182 min manat və ya təxminən 2,4 dəfə artım deməkdir.















