“Meqa Həyat Sığorta” 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 1 milyon 86 min manat xalis mənfəətlə yekunlaşdırıb. 2022-ci ildə isə 574 min manat xalis mənfəət əldə etmişdi. Sığorta şirkətinin mənfəəti son bir il ərzində 512 min manat və ya 89% artıb.
Bu dövrdə şirkət 271,5 min manat mənfəət vergisi ödəyib
Hesabat dövründə “Meqa Həyat Sığorta”nın əsas əməliyyat gəlirləri 4 milyon 836 min manat, investisiya gəlirləri 1 milyon 645 min manat, sair gəlirlər 13 min manat, cəmi gəlirləri isə 4 milyon 85 min manat olub.
Əvvəlki illə müqayisədə əsas əməliyyat gəlirləri 2 milyon 434 min manat (2 dəfə), investisiya gəlirləri 466 min manat (40%), sair gəlirlər 9,2 min manat (3,3 dəfə), cəmi gəlirlər 1 milyon 855 min manat (83%) artıb.
Bu dövrdə əsas əməliyyat xərcləri 510 min manat, işlərin aparılması xərcləri 2 milyon 213 min manat, sair xərclər 5 min manat, cəmi xərcləri isə 2 milyon 728 min manat təşkil edib.
Son bir il ərzində əsas əməliyyat xərcləri 288 min manat (2,3 dəfə), işlərin aparılması xərcləri 924 min manat (72%), sair xərclər 4,2 min manat (8,9 dəfə), cəmi xərcləri isə 1 milyon 215 min manat (80%) artıb.
“Meqa Həyat Sığorta” 2023-cü ildə 23 milyon 557 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 3 milyon 927 min manat (17%) artıb.
Öhdəliklər 3 milyon 161 min manat və ya 30% artaraq 10 milyon 688 min manata yüksəlib.
Bu dövrdə balans kapitalı 766 min manat və ya 6% artaraq 12 milyon 869 min manata yüksəlib.
Ödənilmiş nominal (nizamnamə) kapitalı dəyişməyərək 11 milyon manat olaraq qalıb.