“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Sığorta şirkətinə rəhbər təyin edilməsi - QAYDASI DƏYİŞİR - YENİ QANUN
FED.az şirkətə istinadən xəbər verir ki, bu, Omarxan İsayevdir.
O, sədr vəzifəsində Pərviz Rzayevi əvəz edib.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. (Report)