"Günay Sığorta" şirkətinin idarə heyətinə müvəqqəti icraedici təyin edilib. Sığorta şirkətinin nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev 2 ay müddətinə idarə heyətinin sədrinin səlahiyyətlərini icra edəcək.
Eləcə də bax: "Günay Sığorta" nizamnamə kapitalını - 6% ARTIRIR
FED.az xəbər verir ki, Pərviz Rzayev məlumatı təsdiqləyib.
Qeyd edək ki, "Günay Sığorta"nın İdarə Heyətinin sədri Mahir Niftəliyev avqustun 1-dən öz ərizəsi ilə şirkətdən ayrılıb. Bu müddətdə sığorta şirkətinin idarə heyəti boş qalıb.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58,31%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 41,15 %-lik səhmdarı), 33,27 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8,42 %-i isə "Günay Bank"a məxsusdur. (Apa)