“Bakı Sığorta” ASC bu ilin 6 ayında cəmi 1 milyon 356 min manat həcmində yığım əldə edilib.
FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 526 min manat, başqa sözlə 2,1 dəfə azalıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 2 milyon 882 min manat olmuşdu.
Sığorta yığımlarının həcminə və dinamikasına görə isə 17-ci (sonuncu) olub.
Şirkətin yığımları ilə birlikdə ödənişləri də azalır. 2024-cü ilin yanvar-iyun aylarında “Bakı Sığorta” ASC-nin sığorta ödənişləri 974 min manat olub ki, bu da illik müqayisədə 295 min manat və ya 23% azalma deməkdir. Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında şirkət zərərçəkmiş müştərilərə 1 milyon 269 min manat sığorta ödənişi verilib.
İlk altı ayın nəticələrinə görə şirkət ödənişlərin həcminə görə 14-cü, dinamikasına görə 15-ci olub.
Hesabat dövründə şirkət sığorta yığımlarının hər 100 manatdan 72-ni ödənişlərə yönəldib. Zərərlilik göstəricisinə görə şirkət 2-ci pillədə qərarlaşıb.