"Bakı Sığorta" ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sığorta şirkəti 8 fevral 1994-cü ildə dövlət qeydiyatına alınıb, 8 milyon 925 min 440 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Oqtay Şeydabəyov Pirmurad oğludur.