Azərbaycan sığorta bazarında aktivliyi ilə seçilməyən "Bakı Sığorta" şirkəti icbarı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" və "Daşınmaz əmlakın icbari sığortası" növləri üzrə əmlakın və avtomobilin icbari qaydada sığortalanması ilə bağlı qısa reklam çarxı paylaşıb.
FED.az xəbər verir ki, şirkət tərəfindən hazırlanan qısa reklam çarxı "Bakı Sığorta" Şirkətinin İdarə Heyətinin sədr müavini İlqar Əliyev tərəfindən paylaşılıb.
Lakin aparılan araşdırma nəticəsində məlum olur ki, "Bakı Sığorta" şirkətinin adı İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmiş sığortaçılar arasında yer almayıb.
Hər iki növ üzrə "İcbari Sığorta Bürosu"ndan lisenziyanın alınması ilə bağlı şirkətin "Bakı Sığorta" Şirkətinin İdarə Heyətinin sədri Ramin Məmmədova və sədr müavini İlqar Əliyevə sorğu ünvanladıq. Lakin müvafiq sorğu hələ də cavablandırılmayıb.