18 noyabr 2024-cü il, saat 11:00-da "Bakı Sığorta" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında yerləşən "Bakı Sığorta" ASC-nin Baş ofisində tutacaq.
İclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağının gündəliyi üzrə materiallarla tanış olmaq üçün "Bakı Sığorta" ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında yerləşən inzibati binanın 6-cı mərtəbəsində) həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət edilə bilər.