18 yanvar 2023-cü il tarixində "Bakı Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, iclasın gündəliyi –hansı məsələlərin müzakirə olunacağı açıqlanmayıb.
Bildirilir ki, iclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün "Bakı Sığorta" ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən "Gülüstan Residence" Kompleksinin 2 saylı binasının 3-cü mərtəbəsində), həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət etmək olar.
İclas da həmin ünvanda keçiriləcək.