“AzSığorta” ASC ilk 10 ayda 7 milyon 63 min manat sığorta haqqı toplayıb.
FED.az xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 691 min manat, yəni 8,9% azalıb.
Ötən il yığımlar 7 milyon 754 min manat idi.
Bu dövrdə ödənişlər isə 229 min manat (18,5%) artaraq 1 milyon 469 min manat olub. Ötən il ödənişlər 1 milyon 240 min manat olmuşdu.
Şirkətin zərərlilik göstəricisi 20,8% təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 16%-ə bərabər olub.











