"AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasının (DŞ) müstəqil üzvü şirkəti tərk edib.
Eləcə də bax: “AtaSığorta” ASC-nin rəhbərliyində - DƏYİŞİKLİK OLUB
FED.az xəbər verir ki, bu barədə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Direktorlar Şurasının müstəqil üzvü Anar Mansurov şirkətdən ayrılıb.
Qeyd edək ki, hazırda təkrar sığorta şirkətinin DŞ-nin tərkibi iki nəfərdən - DŞ-nin sədri Tokay Əlizadə və DŞ-nin üzvü Vəlihəd Səfərovdan ibarətdir.
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. (Apa)