Vakansiya: Həkim koordinator
"Azərsığorta" Dövlət Sığorta Şirkəti namizədləri “Həkim koordinator” vakansiyasına müraciət etməyə dəvət edir.
İş yeri: Bakı şəhəri
Namizədə tələblər:
• Xanım namizədlərə üstünlük verilir;
• Təhsil: Ali, tibb təhsili mütləqdir (təhsil alan tələbələr və rezidenturada işləyən namizədlər də müraciət edə bilər);
• İş təcrübəsi: 1 il;
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır).
Əsas vəzifə öhdəlikləri:
• Könüllü tibbi sığorta üzrə sığortaolunan şəxslərin müraciətlərini qəbul etmək;
• Sığortaolunanlar üçün tibbi yardımın təşkili;
• Tibbi və sığorta sənədləşdirilmələrin aparılması;
• Müraciətlərin məzmunundan asılı olaraq, tibbi xidmətlərin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasını təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək;
• Hesabatlar tərtib etmək;
• Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək.
Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikirlərini dəqiq, lakonik və özünə əminliklə təqdim etmə bacarığı;
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əmək müqaviləsi ilə rəsmiləşdirilmə;
Əmək haqqı razılaşma yolu ilə;