Azərsığorta şirkəti baş ofisinin ünvanını dəyişib. FED.az xəbər verir ki, 07 yanvar tarixindən etibarən şirkət Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 31 ünvanında xidmət göstərəcək.
Azərsığorta şirkətinin baş ofisinin yeni məkana köçürülməsi və texniki işlərlə əlaqədar olaraq 3 yanvar tarixində Çağrı mərkəzinə müraciət qəbulu müvəqqəti olaraq dayandırılacaq. Alternativ olaraq bu nömrələr aktiv olacaq:
051 252 00 34
050 234 99 70
Qeyd edək ki, indiyədək şirkətin baş ofisi C.Məmmədquluzadə küçəsi 102A ünvanında (City Point Biznes Mərkəzi) olub.