Azərbaycanın sığorta bazarının aparıcı iştirakçılarından olan «Azərbaycan Sənaye Sığorta» bu ilin ilk iki ayında 5 milyon 87 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Əvvəlki ilin sonu ilə müqayisədə sığorta şirkətinin yığımları 939 min manat və ya 23% artıb.
«Azərbaycan Sənaye Sığorta» 2023-cü ilin yanvar-fevral aylarında 4 milyon 147 min manat sığorta haqqı toplamışdı.
Şirkət sığorta şirkətləri arasında yığımların həcminə görə 8-ci, artım dinamikasına görə 5-ci yerdə olub.
«Azərbaycan Sənaye Sığorta»nın ödənişləri hesabat dövründə 1 milyon 281 min manat təşkil edib.
Sığorta ödənişləri son bir il ərzində 226 min manat və ya 21% artıb.
Qeyd edək ki, "Azərbaycan Sənaye Sığorta" şirkəti ölkənin sığorta tarixində ən iri sığorta ödənişi edən şirkət kimi tanınır.
Belə ki, 27 aprel 2022-ci il tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Holdinq” MMC-yə aid ərazidə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində “Azərsun Sənaye Parkı”nın əmlak və mallarına ciddi ziyan dəymişdir. “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən Daşınmaz əmlakın icbari sığortası və Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ümumilikdə 25 000 000 manat civarında ödəniş həyata keçirilmişdir. Bu miqyasda ödəniş Azərbaycan sığorta tarixində bir ilkdir və rekord ödəniş sayılır.
1996-cı ildən fəaliyyət göstərən, Nizamnamə kapitalı 11 000 000 manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nə təsisçi, “İcbari Sığorta Bürosu”, “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlara üzv olan “Azərbaycan Sənaye Sığorta” ASC fəaliyyətini Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş şüarı altında uğurla davam etdirir.