"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2020-ci ili 1,997 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: "Qala Sığorta"nın bazar payı azalıb - RƏSMİ HESABAT
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,6 dəfə çoxdur.
Ötən il ASS-nin gəlirləri 9,252 milyon manat (əvvəlki ilə nisbətən 35,2% çox), xərcləri 6,756 milyon manat (15,2% çox), mənfəət vergisi ödəmələri isə 499 min manat (2,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə ASS-nin aktivləri 21,125 milyon manat olub ki, bu da illik müqayisədə 14,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 14,7% artaraq 7,085 milyon manata, balans kapitalı isə 14,1% artaraq 14,04 milyon manata çatıb.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur. (Report)