"Azərbaycan Sənaye Sığorta" şirkətinin 2025-ci ilə dair mənfəət və zərər hesabatı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin cəmi gəlirləri 2025-ci ildə 29,2 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 26,8 milyon manat ilə müqayisədə 2,4 milyon manat (8,8%) artım deməkdir.
Əsas əməliyyat gəlirləri 33,5 milyon manat təşkil edərək, ötən illə müqayisədə 7,1 milyon manat (27%) artıb.
İnvestisiya gəlirləri 2,4 milyon manata bərabər olub. Bu 2024-cü ilə nəzərən 0,6 milyon manat (30,6%) çoxdur.
Subroqasiya gəlirləri 481,6 min manat, digər gəlirlər isə 55,8 min manat təşkil edib.
Şirkətin cəmi xərcləri 2025-ci ildə 32,0 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 25,2 milyon manat ilə müqayisədə 6,8 milyon manat (27%) artım deməkdir.
Xərclərin detalları aşağıdakı kimidir:
Əsas əməliyyat xərcləri 17,9 milyon manata bərabə olub ki, bu da ötən illə müqayisədə 1,6 milyon manat (9,7%) artım deməkdir.
İşlərin aparılması xərcləri 14,1 milyon manat təşkil edərək, il ərzində 5,2 milyon manat (58,7%) artıb.
Sığorta şirkətinin digər xərcləri 2025-ci ildə olmayıb.















