Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Azərbaycan Sənaye Sığorta" ASC növbəti uğuruna imza ataraq ardıcıl ikinci dəfə "İlin Sığorta Şirkəti" mükafatına layiq görülüb.
FED.az xəbər verir ki, mükafat Şirkətə 18 dekabr tarixində Caspian Energy Club tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” və “Caspian Energy” brendinin 25 illik yubileyinə həsr olunmuş 11-ci Beynəlxalq “Caspian Business Award” mükafatının təltifetmə mərasimində təqdim edilib.
Bu nüfuzlu mükafat sığorta sahəsində göstərilən üstün xidmət, innovativ yanaşma və müştəri məmnuniyyəti üzrə yüksək nailiyyətləri təsdiq edir.
İki il ardıcıl olaraq bu mükafata layiq görülmək şirkətin yüksək xidmət standartlarına sadiqliyinin və müştərilər tərəfindən göstərilən etimadın bariz nümunəsidir.
Mükafatın təqdimetmə mərasimində şirkətin rəhbəri İlkin Mirzəyev çıxış edərək bildirib ki, iki il ardıcıl olaraq "İlin Sığorta Şirkəti" mükafatını almağımız bizim üçün böyük qürurdur: “Bu nailiyyət komandamızın fədakar əməyi və müştərilərimizin bizə göstərdiyi etimadın nəticəsidir. Biz gələcəkdə də innovativ həllər və yüksək keyfiyyətli xidmətlə müştərilərimizin etimadını doğrultmağa davam edəcəyik."
Qeyd edək ki, mükafat "Azərbaycan Sənaye Sığorta" ASC-nin ölkənin sığorta sektorunda aparıcı mövqeyini bir daha təsdiqləyir və onun dayanıqlı inkişaf yolunda əmin addımlarla irəlilədiyini göstərir.